• Ana Səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • İT Konsaltinq
    • Məhsul yaratma
    • Proqram mühəndisliyi
    • Məlumatların idarəsi
    • T24 Temenos Dəstəyi
    • DevOps
    • Kiber təhlükəsizlik
  • Məhsullar
    • Invoice Reporter
  • Bloq
  • Əlaqə
  • AZ
    • EN
    • RU
digera
digera
Məlumatların İdarə Edilməsi Niyə Vacibdir?

Məlumatların İdarə Edilməsi Niyə Vacibdir?

  • 08 oktyabr 2022
  • views 1912

Rəqəmsal dünyanın sürətli inkişafı ilə şirkətlər artıq əvvəlkindən daha çox məlumat əldə edə bilirlər. Şirkətlər iş prosesi zamanı düzgün məlumatlara malik olmaq istəyirlərsə, məlumatların idarə edilməsi həllərinə sərmayə qoymalıdırlar.

 

Məlumatların idarə edilməsi dedikdə nə nəzərdə tutulu?

Məlumatların idarə edilməsi şirkətin, təşkilatın, qurumun məlumatlarının toplanması, təşkili, qorunması və saxlanması təcrübəsidir. Bu gün başlıca məlumat idarəetmə sistemləri qərar qəbulu zamanı etibarlı, aktual məlumatların istifadə edilməsini təmin edir. Bu cür proqram təminatları məlumatların hazırlanmasından tutmuş kataloqlaşdırmaya, axtarışa və idarəetməyə qədər hər şeydə kömək edir və insanlara təhlil üçün lazım olan məlumatları tez tapmağa imkan verir.

 

Məlumat idarəetmə üsullarına aşağıdakılar daxildir:

Məlumatların idarəsi sistemlərindən xam məlumatları təmizləmək, təhlil üçün düzgün forma və formata çevirmək, o cümlədən düzəlişlər etmək və məlumat dəstlərini birləşdirmək üçün istifadə olunur.

ETL-lər (Extract, Transform, Load) məlumatları bir sistemdən götürmək, onları çevirmək və təşkilatın məlumat anbarına yükləmək üçün qurulur.

Məlumat kataloqları məlumatların tam təsvirini yaratmaq üçün metaməlumatların idarə edilməsinə kömək edir, onların xülasəsini təqdim edir, eyni zamanda verilənlərin tapılmasını asanlaşdırır.

Məlumat anbarları müxtəlif məlumat mənbələrini birləşdirmək, həmçinin onların təhlili üçün plan təmin edir.

 

Məlumatların idarə edilməsi məlumatların təhlükəsizliyini və bütövlüyünü qorumaq üçün standartları, prosesləri və siyasətləri müəyyən edir. Məlumat təhlükəsizliyi məlumatları icazəsiz girişdən və korrupsiyadan qoruyur.

 

Nə üçün məlumatların idarə edilməsi vacibdir

Məlumatların idarə edilməsi effektiv məlumat təhlilindən istifadə etmək üçün mühüm ilk addımdır və bu, işinizin nəticənsini yaxşılaşdıran bir vasitədir. Effektiv məlumat idarəetməsi ilə təşkilat daxilində insanlar sorğuları üçün etibarlı məlumatları tapa və əldə edə bilərlər. 

 

Etibarlı və dəqiq məlumatlarla şirkətlər bazar dəyişikliklərinə və müştəri ehtiyaclarına daha səmərəli cavab verə bilərlər. Bununla yanaşı məlumatların idarə edilməsi şirkəti və onun işçilərini məlumat itkilərindən qoruyur. Belə ki, məlumat təhlükəsizliyi mühüm şirkət məlumatlarının ehtiyat nüsxəsini çıxarılmasını və əsas mənbə əlçatmaz olduqda geri qaytarılmasını təmin edir. 

 

Nəticə etibariylə, məlumatların idarəsi sistemləri proseslərin icrası zamanı işçilərin təkrar-təkrar eyni tədqiqatı aparmasının və ya lazımsız yerə artıq xərclərin qarşısını ala bilər. Digera MMC olaraq bu yöndə xidmətlərimizdən yararlanaraq məlumatlarınızın idarəsi, təhlükəsizliyi üçün müvafiq sistem və həllər əldə edəcəksiniz.

Paylaş

Digər bloqlar

Kiber təhlükəsizlik üçün İT həllər
İT həllər biznesiniz üçün nə qədər önəmlidir?
DevOps nədir və niyə vacibdir? Əsas Prinsiplər və Faydalar
Proqram təminatı mühəndisliyi xidməti: Rəqəmsal dövrün təməli
Məlumatların (data) idarə edilməsi: Müəssisələr üçün həyati bacarıq
  • invoice-reporter
  • İnvoice Reporter
  • İnvoice Reporter
  • İnvoice Reporter
  • İnvoice Reporter
  • İnvoice Reporter
Əlaqə
  • +994507153537
  • AĞA İş Mərkəzi, Xətai ray., Xocalı pros., 55 AZ1025 / Bakı / Azərbaycan Respublikası
  • info@digera-world.com
Keçidlər
  • Ana Səhifə
  • Haqqımızda
  • Bloq
  • Əlaqə
DevOps nədir və niyə vacibdir? Əsas Prinsiplər və Faydalar
Kiber təhlükəsizlik üçün İT həllər
İT həllər biznesiniz üçün nə qədər önəmlidir?
Proqram təminatı mühəndisliyi xidməti: Rəqəmsal dövrün təməli
Məlumatların (data) idarə edilməsi: Müəssisələr üçün həyati bacarıq
Kiber təhlükəsizlik xidməti: Rəqəmsal dünyada təhlükəsizliyinizin təmin edilməsi
© 2025 Bütün Hüquqlar Qorunur.